31 dekabr - Dünya Azərbaycanlılaların Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Birinci Qarabağ Müharibəsi və Vətən Müharibəsi şəhid ailələri və qazilər rayon icra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları, həmçinin idarə, müəssisə, təşkilat rəhbərlikləri tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb. Ziyarət zamanı Vətən müharibəsi şəhid ailələrinin üzvləri öz arzu və istəklərini bildiriblər. Qeyd edək ki, Xocalı rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, eləcə də döyüşlər zamanı yaralanan qazilər daim diqqət və qayğı ilə əhatə olunublar. Onların mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.“Xocalının səsi” qəzeti